Müəllif - Aida İsaq, Banco.az
Rusiya neftinə tətbiq olunan sanksiyalar ölkə üçün hər hansısa ciddi itkilərə səbəb olmayacaq.
Banco.az xəbər verir ki, bu barədə qlobal enerji eksperti Mamdouh Salameh bildirib. Onun sözlərinə görə əsas alıcılar üçün məhdudiyyətlər heç bir mahiyyət daşımayıb. Belə ki, Çin, Hindistan, Asiya ölkələri və Asiya neft treyderləri artıq Qərb ölkələrinin tətbiq etdiyi məhdudiyyətlərə məhəl qoymadan getdikcə daha çox Rusiya neftininin tədarükünə davam edirlər. Məsələn, təkcə Çin bu il Rusiyadan 89 milyard dollar dəyərində neft, qaz, LNG və kömür əldə edib. Bu isə Aİ-nin 2021-ci ildə Rusiya neft və qazının ümumi alışının 89%-ni təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!