Sanksiyalar fonunda Almaniyada dizelin qiyməti bahalaşa bilər | Banco.az

Sanksiyalar fonunda Almaniyada dizelin qiyməti bahalaşa bilər

Müəllif - Aida İsaq, Banco.az

Rusiyaya qarşı fevralın 5-dən qüvvəyə minən yeni sanksiyalar Almaniyada dizel yanacağının qiymətini artıra bilər.

Banco.az xəbər verir ki, Almaniya İqtisadiyyatı İnstitutunun əməkdaşı Tomas Paulsun sözlərinə görə, hazırda dünya bazarında dizel yanacağında qıtlıq müşahidə olunur. O, Aİ-nin Səudiyyə Ərəbistanından yanacaq əldə etməsinin mümkünlüyünü qeyd edərək, eyni zamanda gəmilərin tutumunun az olması, marşrutların uzanması fonunda müvafiq olaraq idxalın da baha başa gələcəyini bildirib.

Bununla yanaşı, Şərqi Almaniyada iki neft emalı zavodunda istehsalın azalması səbəbindən dizel yanacağının qiymətinin artıq bahalaşdığı məlum olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram