Sanksiyalar dollardan imtinanı sürətləndirib | Banco.az

Sanksiyalar dollardan imtinanı sürətləndirib

Müəllif - Aida İsaq, Banco.az

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar dolların mövqeyinə kəskin formada təsir göstərib.

Banco.az xəbər verir ki, məhdudiyyətlər aparıcı valyutadan imtinanı daha da sürətləndirərək həmçinin Ukrayna iqtisadiyyatını sıradan çıxardıb. Bu fikri amerikalı investor, “Fox News” telekanalının keçmiş aparıcısı Kleyton Morris bildirib. Onun sözlərinə görə, qadağalara baxmayaraq, Rusiyada ümumi daxili məhsulun (ÜDM) səviyyəsi Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat başlamazdan əvvəlki həddə çatıb. Ekspert buna hər iki ölkənin ÜDM-dəki artım qrafikini əsas gətirib. Belə ki, Ukraynada makroiqtisadi göstəricilər pisləşməyə doğru gedərkən Rusiya üçün bu sözləri demək olmaz.

K.Morris məhdudiyyətlərin ABŞ dollarının dünyadakı mövqeyinə xeyli zərər toxundurmasına da aydınlıq gətirib. Onun məlumatına görə, 2001-ci ildən 2022-ci ilə qədər olan dövrdə dollar hesabında saxlanılan dünya valyuta ehtiyatlarının xüsusi çəkisi 71 faizdən 55 faizə endiyi halda, son bir ildə bu səviyyə daha 8 faiz azalıb. Ekspert son bir ildə ABŞ valyutasının son 20 ilin orta göstəricisindən 10 dəfə sürətlə azalmasını vurğulayaraq, ölkələrin alternativ valyutaya meyil etməsini ABŞ iqtisadiyyatı üçün təhlükəli nəticələr vəd etdiyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram