Müəllif - Aida İsaq, Banco.az
Qərb ölkələrinin sanksiyalarının Belarus iqtisadiyyatına təsiri yüksək olub.
Banco.az xəbər verir ki, bunu Belarusun Moskvadakı səfiri Dmitri Krutoy bildirib. Onun sözlərinə görə, ötən il ölkəsinə tətbiq edilən dəhşətli sanksiya təzyiqi ümumilikdə Belarus iqtisadiyyatının yarısını əhatələyib. O, bəzi tərəflərin ötən il ərzində ölkə iqtisadiyyatında ciddi tənəzzül təhlükəsinin olmasını, sosial gərginliyin artmasını və əmək bazarının böhrana uğrayacağını gözlədiyini bildirib. Səfir bu proqnozların iflasa uğradığını qeyd edərək, 2023-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatının ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% artdığını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!