Sanksiyalar Avropaya necə təsir göstərib? | Banco.az

Sanksiyalar Avropaya necə təsir göstərib?

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı sanksiyalar fonunda Rusiya ilə onilliklərə söykənən iqtisadi əlaqələri məhdudlaşdırıb.

Banco.az xəbər verir ki, regionda məhdudiyyətlərin nəticələri istehsal, infrastruktur, logistika, istehlakçılar və bank sistemlərinə təsir edib. Bunu analitik Vladimir Kovalev bildirib. Onun sözlərinə görə, Aİ-nin ən çox problemlərlə qarşılaşdığı məsələ Rusiyadan enerji tədarükünün kəskin azalması ilə bağlıdır. Bu, 2022-ci ildə enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına, Aİ-də inflyasiyanın kəskin artmasına, bir sıra enerji tutumlu sənayelərin bağlanmasına və ya ixtisarına, istehlak xərclərinin əhəmiyyətli dərəcədə artmasına və bu fonda məcburi qənaət tədbirlərinə gətirib çıxarıb. Ekspert enerji qiymətlərinin müəyyən qədər sabitləşməsinə baxmayaraq, Aİ üçün müəyyən risklərin hələ də aktual olduğunu vurğulayıb. Ümumiyyətlə, Rusiya yanacağından imtina Avropanı bahalı təchizatdan asılı vəziyyətə salır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et