Müəllif - Aida İsaq, Banco.az
“Samsung” şirkətinin yeni nəsil qatlanan smartfonlarının təqdimat tarixi açıqlanıb.
Banco.az xəbər verir ki, məlumata görə, ənənəvi olaraq avqust ayında gerçəkləşdirilən təqdimatlar bu yay iyulda baş tutacaq. Beləliklə, "Galaxy Z Flip5" və "Galaxy Z Fold5" qatlanan qadcetlərinin rəsmi nümayişinin 26 iyul 2023-cü il tarixinə gerçəkləşməsi gözlənilir.
Qeyd edək ki, müvafiq təqdimat Cənubi Koreyanın paytaxtı Seulda baş tutacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!