Müəllif:Mehin Qasımova,Banco.az
Cənubi Koreyada "Samsung" şirkətinin on minlərlə işçisi bonus ödənişləri ilə bağlı kütləvi etiraz aksiyasına çıxıb.
Banco.az xəbər verir ki, işçilər 18 günlük tətil ehtimalı ilə bağlı xəbərdarlıq edərək şirkət rəhbərliyinə təzyiqi artırır.
Etirazçılar nəhəng yarımkeçirici kompleksinin qarşısında toplaşıblar. Aksiya iştirakçıları süni intellekt texnologiyalarından əldə olunan yüksək gəlirlərdən daha böyük pay tələb edirlər.
Həmkarlar ittifaqı şirkətin mənfəətinin 15%-nin çip bölməsində çalışan işçilər arasında bölüşdürülməsini tələb edir. Mövcud hesablamalara görə, bu məbləğ 40 trilyon vondan (təxminən 27 milyard ABŞ dolları) çoxdur. Bu isə hər bir işçi üçün orta hesabla 400 min dollardan artıq bonus deməkdir.
