“Samsung”un bazar dəyəri yarım ildə 83 milyard dollar artdı | Banco.az

“Samsung”un bazar dəyəri yarım ildə 83 milyard dollar artdı

Hazırda “Samsung” şirkətinin bazar kapitallaşması 362,5 milyard dollar təşkil edir.

İKT.lent.az-ın “The Investor” nəşrinə istinadən məlumatına görə, son yarım il ərzində şirkət 83,5 milyard dollar bahalaşıb.

Bu məlumatlar onu göstərir ki, “Samsung” smartfon bazarından “Galaxy Note7”-ni geri çağırmasından yaranmış çoxmilyardlıq ziyanın öhdəsindən çox tez gələ bilib. Bu andan şirkət artıq hazırda olduqca populyarlığa sahib olan smartfonların bərpa edilmiş versiyalarını istehsal edib. Çünki onlar orijinal smartfonlardan nəzərə çarpacaq qədər ucuz qiymətə satılır. Bundan başqa, “Galaxy S8” və “S8+” flaqman smartfonları da böyük uğura sahibdirlər. Baxmayaraq ki, analitiklər zamanında onların “Galaxy S7” smartfonlarından zəif satıldıqlarını qeyd edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Təbii, onu unutmamaq lazımdır ki, “Samsung” həmçinin smartfonlar üçün böyük tələbata malik olan yaddaş modulları və birkristallı sistemlərin olduqca uğurlu istehsalçısıdır. Analitiklər əmindirlər ki, yaxın gələcəkdə şirkətin bazar kapitallaşması da, onun səhmləri də artmaqda davam edəcək.

Mənbə: Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et