"Samsung" yeni reklam çarxında "iPhone"dən istifadə edib | Banco.az

"Samsung" yeni reklam çarxında "iPhone"dən istifadə edib

Müəllif - Aida İsaq, Banco.az

"Samsung"un qatlana bilən smartfonu “Galaxy Z Flip 4” modeli üçün hazırladığı yeni reklam çarxı diqqət çəkib.

Banco.az xəbər verir ki, müvafiq reklam videosunda "iPhone" modelindən də istifadə olunması hər kəsin marağına səbəb olub. Belə ki, Nyu Yorkun Tayms Meydanında 3D ekranda yayımlanan video cizgi film personajı itin “iPhone”da selfi çəkməyə çalışması ilə başlayır. Lakin o telefonu masadan yerə salır. Bu zaman ekranda “Galaxy Z Flip 4” görünür. Daha sonra “Google” səsli axtarış köməkçisinə səslənən və qatlanan smartfonla selfi çəkən reper Ludakris peyda olur.

Bununla “Samsung” şirkəti “Google” ilə birlikdə qadceti 90 dərəcə açmağa imkan verən “Flex Mode” rejimində “Google Assistant”ın və qatlanan smartfonunun performansını nümayiş etdirib. Videonun sonunda “Bu, selfi çəkməyin yeni üsuludur” deyə qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Linkə keçid edərək müvafiq reklam videosunu izləyə bilərsiniz - https://bit.ly/3hoS8tF

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et