“Samsung” yeni premium smartfon markasını təqdim edəcək | Banco.az

“Samsung” yeni premium smartfon markasını təqdim edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Samsung” korporasiyası “iPhone” ilə rəqabəti gücləndirmək üçün yeni premium smartfon markasını təqdim edəcək.

Banco.az xəbər verir ki, bu barədə Koreyanın “E-Today” nəşri məlumat yayıb.

Məlumata görə, şirkət bütün smartfonlarının “Galaxy” brendi altında istehsal edilməsindən narahatdır. Rəhbərlik hesab edir ki, bu yanaşma markanın dəyərini azaldır. Bu səbəbdən, "Samsung" yalnız premium cihazlar istehsal edəcək ayrıca bir marka yaratmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

“Galaxy” cihazları sırasına Z, S, A, M və F seriyalı smartfonlar daxildir. Müqayisə üçün qeyd edək ki, “Apple” yalnız “iPhone” brendi altında cihazlar istehsal edir. Şirkət hesab edir ki, xüsusi ticarət nişanı ilə onun amerikalı rəqibi ilə mübarizə aparmaq və premium smartfonları tanıtmaq daha asan olacaq.

Mütəxəssislər müsbət nümunə kimi “Hyundai” korporasiyasının təcrübəsini göstəriblər. Yerli avtomobil istehsalçısı yalnız premium modellərin istehsal olunduğu dəbdəbəli “Genesis” brendini bazara çıxarmaqla uğur qazanmağı bacarıb. Belə ki, “Hyundai” imicinin yaxşılaşdırılmasında ayrıca brend əsas rol oynayıb. Jurnalistlər “Samsung”un da eyni şeyi etmək istədiyini vurğulayıblar.

Ən sərfəli krediti almaq üçün müraciət et