Samsung yenə Apple-ı haqlayır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Samsung yenə Apple-ı haqlayır

ABI Research analitik şirkətinin hesabatına əsasən, 2014-cü ilin birinci rübündə qlobal bazarda Samsung və Apple şirkətləri arasında planşetlərin tədarükü üzrə fərq 9%-dək azalıb.

Bir il əvvəl şirkətlər arasında fərq təxminən 30% təşkil edirdi.

2014-cü ilin birinci rübündə ədəd sayı üzrə Apple və Samsung planşetlərinin qlobal bazara tədarükü arasında fərq 3,4 milyon təşkil edib.

2014-cü ilin birinci rübünün yekununa görə, Apple şirkəti qlobal planşet bazarında liderliyini qoruyub saxlayıb. 2014-cü ilin birinci rübündə alma şirkəti 16,4 milyon qurğu satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% azdır.

Həmin dövrdə Samsung şirkəti öz tədarükünü 13 milyonadək artırıb. Ümumilikdə, bu firmaların məhsulu qlobal planşet bazarının 71%-ni təşkil edir.

2014-cü ilin birinci rübünün yekununa görə, qlobal tədarükün 56%-i Android, 40%-i isə iPad planşetlərinin payına düşür.

Mənbə: milli.az