“Samsung” və “iPhone”nin ortaq dizaynına sahib model təqdim olunacaq | Banco.az

“Samsung” və “iPhone”nin ortaq dizaynına sahib model təqdim olunacaq

Müəllif - Aida İsaq, Banco.az

“Samsung Galaxy S23” və “iPhone 14" modellərinin dizaynından ilhamlanaraq hazırlanan flaqman “Meizu 20 Pro”nun məlumatları yayımlanıb.

Banco.az xəbər verir ki, modelin düz ekrana, iti kənarlara, üç kamera moduluna, lazer avtofokusa və özəl üzük formalı fləşə sahib olduğu məlum olub. Bundan başqa, “Meizu 20 Pro”nun müvafiq olaraq yüksək performanslı “Snapdragon 8 Gen 2” çipinə, sürətli RAM, daxili yaddaş LPDDR5X və UFS 4.0-la təchiz olunacağı bildirilir.

Sözügedən modelin cari ilin martında təqdim olunacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram