Samsung-un yeni qatlanan telefonları Avropada rekord qırdı | Banco.az

Samsung-un yeni qatlanan telefonları Avropada rekord qırdı

Müəllif:Mehin Qasımova,Banco.az

Samsung-un yeni nəsil qatlanan smartfonları Avropa bazarında yüksək tələbatla qarşılanıb.

Banco.az xəbər verir ki, şirkətin açıqladığı məlumatlara görə, yeni modellərin əvvəlcədən sifarişləri əvvəlki nəsillə müqayisədə 17 faiz artaraq rekord səviyyəyə çatıb.

Yeni modellər arasında xüsusilə "Galaxy Z Fold8" və "Fold8 Ultra" diqqət çəkib. Bu cihazlara olan marağın əvvəlki illərlə müqayisədə 70 faiz artdığı bildirilib.

Ən böyük diqqət isə yeni dizaynı və forma faktoru ilə seçilən "Galaxy Z Fold8" modelinə yönəlib. Məlumata görə, bu model Avropada bütün əvvəlcədən sifarişlərin təxminən 40 faizini təşkil edib.

"Samsung" rekord ilkin sifarişlərin ardından yeni qatlanan smartfonlarını Avropa ölkələrində satışa çıxarıb. Cihazların artıq istehlakçılara çatdırılmasına başlanılıb.

Mütəxəssislərin fikrincə, əvvəlcədən sifarişlərdə müşahidə olunan yüksək tələbat yeni modellərin faktiki satışlarına da təsir göstərə bilər. Şirkətin qarşıdakı dövrdə satış nəticələri və yeni cihazların bazardakı göstəriciləri ilə bağlı əlavə məlumat açıqlaması gözlənilir.