“Samsung” smartfon tədarükündə “Apple”ı geridə qoyub | Banco.az

“Samsung” smartfon tədarükündə “Apple”ı geridə qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Samsung” smartfon tədarükünə görə 2023-cü ilin I rübündə 1 faizlik cüzi fərqlə “Apple” üstələyib.

Banco.az xəbər verir ki, qlobal smartfon bazarında nəhənglər arasındakı rəqabət böyük sürətlə davam edir. 

Bazardakı davam edən daralmaya baxmayaraq, Cənubi Koreyanın elektronika nəhəngi “Samsung” 2023-cü ilin ilk rübündə ümumilikdə 60,6 milyon ədəd smartfon tədarük edib və bu, “Apple”ın 58 milyon tədarük həcmindən bir qədər çoxdur.

Smartfon bazarı 2023-cü ilin I rübündə 7 faiz daralma ilə üzləşib.

Texnologiya bazarı üzrə araşdırma firması olan “Counterpoint”in məlumatına görə, ümumi smartfon bazarı 2023-cü ilin ilk rübündə illik 14%, rüblük isə 7% azalaraq cəmi 280,2 milyon tədarük vahidi həyata keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Samsung” tədarük nisbətinə görə liderliyi ələ keçirsə də, “Apple” da sözügedən dövrdə əməliyyat mənfəəti baxımından üstünlüyünü qoruyub saxlayıb və “Samsung”dan əhəmiyyətli dərəcədə - 72 faiz daha çox göstəriciyə sahib olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et