"Samsung" Rusiyaya ixracı bərpa etməyi planlaşdırmır | Banco.az

"Samsung" Rusiyaya ixracı bərpa etməyi planlaşdırmır

Müəllif - Aida İsaq, Banco.az

Xəbər verdiyimiz kimi, “Samsung” Rusiyada fəaliyyətini məhdudlaşdırdığını rəsmi formada elan edib. Ancaq buna baxmayaraq şirkətin adı çəkilən ölkədə işçi sayını artırmağa çalışması ilə bağlı xəbərlər yayılıb.

Banco.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, şirkətin Moskva ofisində 22 vakant yerin açıq olduğu bildirilir.

Şirkət nümayəndələrinin bu barədə açıqlamasına görə isə, elanlar işdən çıxan əməkdaşların əvəz edilməsi üçün standart işə qəbul prosesinin bir hissəsi kimi dərc olunub.

Cənubi Koreya brendi siyasi hadisələri və logistik problemləri əsas gətirərək martın əvvəlində Rusiyaya ixracı dayandırıb. Buna baxmayaraq, aprelin sonunda Sənaye və Ticarət Nazirliyi paralel idxal çərçivəsində şirkətin məhsullarının idxalına icazə verib. İyun ayında Kaluqa yaxınlığındakı "Samsung" televizor zavodu istehsalını qismən bərpa etdi. Ancaq bu Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər xarici ölkələrə ixrac üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram