Samsung şirkəti rəsmi olaraq Galaxy S10-nu təqdim edib.
Samsung şirkəti qatlanan ekranlı və altı kameralı "Galaxy Fold" smartfonunu təqdim edib. Tam açılmış şəkildə qurğunu planşet kimi də istifadə etmək mümkündür. Baş vitse-prezident Castin Denisonun qurğunun universal olduğunu, cibə yerləşən smartfon, planşet və kamera olduğunu qedy edib.Qurğunun altı kamerası var və dörd rəngdə əldə etmək mümkündür: qara, gümüşü, yaşıl və göy.
San Fransiskoda keçirilən Unpacked 2019 tədbiri çərçivəsində Samsung şirkəti özünün ilk əyilə bilən (qatlanan) smartfon modeli olan Galaxy Fold-u təqdim edib. Sözügedən smartfon iki ekran ilə təchiz olunub və həmin ekranlar arasında keçidi istifadə edilən kontentdən və ya hansısa tapşırılıqların yerinə yetirilməsindən asılı olmayaraq rahatlıqla rellaşdırmaq mümkündür. Bundan əlavə olaraq Galaxy Fold smartfonu aparıcı texnlogiyalar və 5Gdəstəyini əldə edib. Samsung-un verdiyi məlumata əsasən bu smartfon özünəməxsus cihazlar seriyasına qapıları açır.
Əyilmiş şəkildə bu cihaz 4.6 düym ekrana sahib kompakt smartfon kimi, tamamilə açıq şəkildə isə 4.2:3 nisbətində 7.3 düym ekrana sahib böyük olmayan planşet kimi çıxış edir. Bu cihaz üçün şirkət yeni polimer örtük və adi ekrandan iki dəfə nazik olan xüsusi ekran istehsal edib. Smartfonun əyilməsi və tam olaraq açılması üçün Samsung şirkəti xüsusi şarnir mexanizm və birləşdirici modul yaradıb. Buna görə də hətta smartfondan intensiv istifadə zamanı da Galaxy Fold-un nasazlıq olmadan çalışmasına əmin olmaq olar. Tam açılmış şəkilkdə Galaxy Fold zənglərə cavab verməyi, mesaj göndərməyi, internetdə lazımi məlumatı axtarıb və foto çəkməyi istifadəçi üçün mümkün edir.
Həmçinin tam açıq şəkildə istifadəçi eyni anda bir neşə tətbiqdən istifadə və ya eyni anda bir neçə kontentə baxa bilər. Belə ki, sözügedən cihazın daxili ekranı eyni anda 3 tətbiqdən istifadə mümkünlüyünü reallığıa çevririr. Bu tətbiqlər oyunlar, messencerlər və ya videoplayerlər ola bilərlər. Fərqi yoxdur. Galaxy Fold üçün xüsusi istifadəçi interfeysi yaradılıb. Həmin istifadəçi interfeysi eyni anda bir neçə ekranla çalışmaq və həmin ekranlar arasındakı keçidi reallaşdırmaq üçün optimizasiya edilib. Cihazın əyilməsi və tam açılması halında tətbiqlər avtomatik olaraq istifadəçinin həmin anda istifadə etdiyi ekranda əks olunurlər. Galaxy Fold-da tətbiqlərin düzgün şəkildə çalışması üçün Samsung şirkəti Google şirkəti və Android tərtibatçıları ilə sıx əməkdaşlıq edir.
Galaxy Fold 6 ədəd kameraya sahibdir. Əsas kameralar Galaxy S10-dakı kimi üçlüdür və onlar dəyişkən diafraqma göstəricilərinə, təsvirin optik stabilizasiyasına, ikiqat optik zoom özəlliynə və 123 dərəcəli genişbucaqlı təsvir özəlliyinə sahibdirlər. Həmin üçlü kamera cihazın arxa panelində yerləşir və istənilən istifadə ssenarisi üçün uyğundur. Ən maraqlısı isə Galaxy Fold-un ön kamerasındadır. Belə ki, onun ön kamerası həm smartfonun daxilində həm də xaricində yerləşir. Əyilmiş şəkildə cihaz 10 MP-lik kameraya, tam açıq şəkildə isə 10 MP + 8 MP ikili kameraya sahib olur və kameralar təsvirlərdəki arxa fonların bulanıq düşməsi özəlliyini dəstəkləyirlər. Barmaq izi skanı cihazın kənarında yerləşir. O elə yerdə yerləşib ki, istifadəçi öz baş barmağı vasitəsilə cihazı rahatlıqla blokdan çıxara bilir.
Beləliklə əsas texniki göstəricilərə gəldikdə Galaxy Fold 4.2:3 nisbətli 7.3 düym daxili Dynamic AMOLED ekran (QXGA+ keyfiyyətli), 21:9 nisbətli 4.6 düym xarici Super AMOLED ekran (HD+ keyfiyyətli), 64 bit-lik 8 nüvəli prosessor, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi, 12 MP (f/1.5 – f/2.4 dəyişkən diafraqmalı, Dual Pixelavtofokuslu, OIS) + 12 MP (telefoto, f/.4 diafraqma, faza avtofokusu, OIS, ikiqat optik zoom) + 16 MP (f/2.2 diafraqmalı 123 dərəcəli genişbucaqlı obyektiv) üçlü əsas kamera, əyilmiş şəkildə f/2.2 diafraqmalı 10 MP-lik ön kamera, tam açıq şəkildə 10 MP (f/2.2 diafraqmalı) + 8 MP (f/1.9 diafraqmalı) ön kamera və sürətli naqilli ilə naqilsiz şarj texnologiyalarına sahib 4380 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Fold Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Cihaz həmçinin DeX desktop rejimini, Bixby səsli köməkçisini və Samsung Pay ödəniş sistemini dəstəkləyir. Galaxy Fold 26 aprel tarixindən etibarən bütün dünyada 1980$ qiymətində satılacaq.
Yeni Samsung Galaxy S10 seriyası rəsmi olaraq təqdim olunub. Samsung şirkətinin Galaxy S seriyasının pərəstişkarları üçün şirkət təkcə tamamilə yeni dizayn deyil həm də aparıcı texniki göstəriciləri hazırlayıb. İlk dəfə olaraq şirkət Galaxy S seriyasında 4 smartfon modeli təqdim edib: Galaxy S10, S10 Plus, S10E və S10 5G. Ənənə üzrə şirkət flaqman smartfon modellərinin dizaynlarını hər iki ildən bir dəyişir. Galaxy S8 və S9-da olmuş tam ekran dizaynından sonra şirkət Galaxy S10-nun ekranında ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissəyə sahib Infinity-O ekran dizaynından istifadə edib. Galaxy S10 Plus isə ümumiyyətlə ikili ön kamera üçün nəzərdə tutulmuş xüsusi hissəni əldə edib.
Samsung şirkəti ənənəsinə sadiq qalaraq kənarları əyilmiş şəkildə olan AMOLED matrisalı ekranlardan istifadə edir. Ekran ətrafındakı çərçivələrin nazikləşdirilməsi hesabına Galaxy S10 modeli 6.1 düym ekran, S10 Plus modeli isə 6.3 düym ekran əldə edib. Bununla belə yeni smartfon modellərinin ölçüləri keçən ilki modellərin ölçülərindən o qədər də fərqlənmirlər. Hər iki smartfon həm ön həm də arxa paneldən Gorilla Glass 6 qoruyucu şüşə ilə örtülüb. Qeyd etmək lazımdır ki, Gorilla Glass 5 qoruyucu şüşəsindən fərqli olaraq Gorilla Glass 6 qoruyucu şüşəsinin dözümlülüyü 35% yüksəlib. TÜV Rheinland şirkətinin sertifikatlaşdırmış olduğu Eye Comforttexnologiyası sayəsində ekranlar heç bir filtrdən istifadə etməyərək və ekranda əks olunmuş təsvirin keyfiyyətini aşağı salmayaraq əks olunan göy işığın miqdarını aşağı salırlar. Bu texnologiyaya sahib ekranlar Dynamic AMOLED ekranlar adlanırlar.
İstifadəçilər tərəfindən ən çox gözlənilən özəlliklərdən biri də ondan ibarətdir ki, hər iki smartfon modelində barmaq izi skanı birbaşa ekran inteqrasiya edilib. Barmaq izi skanı sensoru ultrasəs texnologiyası əsasında hazırlanıb və adi optik barmaq izi skanı texnologiyasında daha dəqiq və təhlükəsiz çalışır. Bu cür barmaq izi skanını adi foto ilə aldatmaq mümkün deyil və o, hətta istifadəçinin barmağı yaş və ya çirkli olduqda da çalışır. Bundan əlavə olaraq istifadəçilər yeni smartfon modellərində istifadəçi üzünün skan texnologiyasından da istifadə edə bilərlər.
Əsas texniki gösətricilərə gəldikdə Galaxy S10 modeli Exynos 9820/Snapdragon 855 prosessoru (satışa çıxacağı bazardan asılı olaraq), 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 12 MP (f/2.4 diafraqma, OIS (45 dərəcə)) + 12 MP (f/1.5 – f/2.4 dəyişkən diafraqma, Dual Pixel avtofokusu, OIS (77 dərəcə)) + 16 MP (f/2.2 diafraqmalı) üçlü arxa kamera, 10 MP-lik (f/1.9 diafraqma, Dual Pixel avtofokusu) ön kamera və Fast Wireless Charging 2.0 sürətli enerji yığma texnologiyalı 3400 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Galaxy S10 Plus modeli isə Exynos 9820/Snapdragon 855 prosessoru, 8/12 GB RAM, 128 GB/1 TB daxili yaddaş həcmi, Galaxy S10-nun sahib olduğu arxa üçlü kamera, 10 MP (f/1.9 diafraqma) + 8 MP (f/2.2 diafraqma) ikili ön kamera və Fast Wireless Charging 2.0 sürətli enerji yığma texnologiyalı 4100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Yeni Galaxy S10 seriyasına smartfon batareyasının, prosessorunun, RAM-ın, daxili yaddaş həcminin və ümumilikdə smartfonun özünün temperaturunun optimizasiya olunması üçün yeni süni zəka funksiyaları əlavə olunub. Həmin alqoritmlər həmçinin istifadəçinin smartfondan istifadə özəlliklərini analiz edərək smartfonun çalışmasını daha da yaxşılaşdırır.
Galaxy S10 ilə S10 Plus modelləri smartfon bazarında ilk cihazlardan biridirlər ki, Wi-Fi 6 (başqa adı ilə802.11ax) naqilsiz şəbəkə standartı dəstəyini əldə ediblər. 802.11ac-dan fərqli olaraq yeni naqilsiz şəbəkə standartında məlumatların maksimal ötürülmə sürəti 40% yüksəlib. Bundan əlavə olaraq Wi-Fi 6 istifadəçi tərəfindən işlədilməkdikcə deaktiv olunma özəlliyinə sahibdir. Bu isə smartfonların avtonom rejimdə çalışmalarının effektivliyini artırır. Bundan əlavə olaraq yeni Galaxy S10 seriyası yeni nəsil naqilsiz şarj texnologiyası ilə də təmin olunublar. Beləliklə onların vasitəsilə digər cihazları da şarj etmək mümkündür. Məsələn Galaxy Buds qulaqlığını smartfonun arxa panelinin üzərinə qoyaraq şarj etmək olar.
Hər iki smartfon modeli həmçinin şarj prosesi üçün USB Type-C girişinə və 3.5 mm-lik audiogirişə sahibdir. Smartfonlar One UI interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışırlar. Beləliklə Galaxy S10 modeli 899$ qiymətində, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib Galaxy S10 Plus modeli 999$ qiymətində, keramik gövdəyə, 12 GB RAM-a və 1 TB daxili yaddaşa sahib Galaxy S10 Plus modeli isə 1600$ qiymətində satılacaq. Smartfonlar 8 mart tarixində satışa çıxacaqlar. Sözügedən smartfonları ön sifariş edəcək şəxslər Galaxy Buds naqilsiz qulaqlıqlarını pulsuz əldə edəcəklər.
Şirkət həmçinin özünün ilk 5G dəstəkli smartfon modeli olan Galaxy S10 5G-ni də təqdim etdi. Bu model Galaxy S seriyasının tarixində ən böyük ekrana sahibdir. Belə ki, Galaxy S10 5G modeli 6.7 düym Infinity-O ekranla təchiz olunub. Samsung-un söz verdiyi kimi 5G şəbəkəsi dəstəyi vasitəsilə istifadəçilər Galaxy S10 5G smartfonu sayəsində bir neçə dəqiqə ərzində istənilən serialın bütün sezonunu yükləyə, multiplayer oyunlar oynaya və 4K keyfiyyətində videozənglər reallaşdıra biləcəklər.
Əsas texniki göstəricilər baxımından Galaxy S10 5G modeli Exynos 9820/Snapdragon 855 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi (microSD dəstəyi yoxdur), 12 MP + 12 MP + 16 MP + 3D ToF dörd arxa kamera, 10 MP-lik ön kamera və 4500 mAh enerji tutumlu batareya həcmi ilə təchiz olunub. Smartfon One UI interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Şirkət Galaxy S10 5G modelinin qiyməti və satışa çıxma tarixi barəsində hələki heç bir məlumat verməyib.
Galaxy S10, S10 Plus və S10 5G modellərindən başqa şirkət həmçinin daha bir flaqman modelini də təqdim edib. Söhbət Galaxy S10E modelindən gedir. Sözügedən smartfon yeni Galaxy S10 seriyasının büdcəli versiyası kimi təqdim olunub. Galaxy S10 və S10 Plus-dan fərqli olaraq Galaxy S10E modeli kənarları əyilməmiş ekrana, kompakt ölçülərə, bəzi fərqləndirici texniki göstəricilərə və daha münasib qiymətə sahibdir. Galaxy S10 və S10-dan S10E-ni ilk öncə xarici görünüş fərqləndirir.
Smartfonun bütün ön panelini Full HD+ keyfiyyətli 5.8 düym Super AMOLED ekran əhatə edir. Ekranın özündə Galaxy S10-dakı kimi ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə yerləşir. Bundan əlavə olaraq Galaxy S10E modelində barmaq izi skanı texnologiyası smartfonun sağ hissəsində yerləşir.
Beləliklə texniki göstəricilərə gəldikdə smartfon 19:9 nisbətli və Full HD+ keyfiyyətli 5.8 düym Super AMOLED ekran, Exynos 9820 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 12 MP (f/1.5 – f/2.4 dəyişkən diafraqma, Dual Pixel avtofokusu, OIS) + 16 MP (f/2.2 diafraqma) ikili arxa kamera, f/1.9 diafraqmalı 10 MP-lik ön kamera və Fast Wireless Charging 2.0 sürətli enerji yığma texnologiyalı 3100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy S10E 749$ qiymətində satışa çıxacaq.
technote.az