"Samsung" ilk dəfə "Apple"dan çox mənfəət əldə edib | Banco.az

"Samsung" ilk dəfə "Apple"dan çox mənfəət əldə edib

Bu ilin II rübündə Cənubi Koreyanın "Samsung" şirkətinin mənfəəti tarixdə ilk dəfə ABŞ-ın "Apple" şirkətinin mənfəətindən çox olub. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hesabat dövründə "Samsung" illik müqayisədə 89% çox - 9,9 mlrd. ABŞ dolları məbləğində mənfəət əldə edib ki, bu da "Apple"ın mənfəətindən 1,18 mlrd. dollar və yaxud 13,5% çoxdur.

Koreya şirkətinin bir neçə gün bundan əvvəl açıqlanan hesabatında II rübdə onun gəlirinin 20% artaraq 54,2 mlrd. dollara çatdığı qeyd olunub. "Apple"ın eyni dövr ərzində gəliri isə 45,4 mlrd. dollar təşkil edib. "Samsung"un gəlirinin artması əsasən onun ən son model istehsal etdiyi "S8" markalı mobil telefonların satışı ilə bağlıdır. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Apple" sentyabr ayında satışa çıxaracağı "İPhone 8" mobil telefon modeli üçün "Samsung"a 70 mln. ədəd OLED paneli sifariş verib. Nəticədə, şirkətin displey istehsal edən qolu mənfəətini son 1 ildə 12 dəfədən çox artıraraq 1,7 trln. vona və yaxud 1,47 mlrd. dollara çatdırıb.