Samsung gəlirlərini çiplərin hesabına 2 dəfə artırmışdır | Banco.az

Samsung gəlirlərini çiplərin hesabına 2 dəfə artırmışdır

2017-ci ilin göstəricilərinə əsasən Samsung şirkətinin gəliri 2 dəfə artaraq 42,19 trilyon vona çatmışdır(39,6 milyard dollar, 31 yanvar 2018-ci il kursuna görə). Qeyd edim ki, 2016-cı ilin nəticələrinə görə şirkətin gəliri 22,73 trilyon von olmuşdur. 2017-ci ildə əldə olunan göstərici çiplərə olan tələbat hesabına mümkün olmuşdur.

Samsungun 2017-ci ilin nəticələrinə görə satış həcmi 239,58 trilyon vona(225,2 milyard dollar) çatmışdır ki, bu da 2016-cı il satışından xeyli çoxdur(201,78 trilyon von).

Yarımkeçiricilər biznesi şirkətin bütün biznes istiqamətləri arasında ən yüksək göstəricisi olmuşdur. Belə ki, yarımkeçiricilər biznes seqmenti 45% artaraq 74,26 trilyon von olmuşdur(69,8 milyard dollar). Yaddaş qurğuları seqmeni 59%-ə yüksələrək 60,3 trilyon vona çatmışdır(56,6 milyard dollar).Çiplərin buraxılışı bölməsinin gəliri də rekord həddə 2,5 dəfə artaraq 35,2 trilyon von olmuşdur(33 milyard dollar).

“Samsung”da çiplərə yüksək təlabatın olduğunu bildirmişlər və yeni proqnozları səsləndirərək şirkərin 2018-ci ildə NAND flash və DRAM yaddaş mikrosxemlərinin satışını uyğun olaraq 40% və 20% artıra biləcəkləri haqqında məlumat vermişlər.

Bundan əlavə Samsung kriptovalyutanın populyarlığı hesabına yarımkeçirici məhsulların iri müqavilə bağlanan istehsalçılarının siyahısında 4-cü yerdən 2-ci yerə qalxmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Mobil qurğuların işlənib hazırlanması və satışına məsul, cavabdeh olan Samsung İT & Mobile Communications bölməsinin 2017-ci ili dövriyyəsini 106,67 trilyon von(100,3 milyard dollar) başqa sözlə 6% artımla başa vurmuşdur. Şirkətdə smartfon satışının həcmi haqqında məlumat verməmişlər, amma bildirmişlər ki, bahalı olmayan modellərə tələbatın azalmasına görə smartfonların realizasiyası aşağı düşsədə flaqman aparatlarının satış həcmi yüksəlmişdir. Mobil bölmənin illik gəliri 1 trilyon von artaraq 11,83 trilyon von(11,1 milyard dollar) təşkil etmişdir.

Qeyd edim ki, 2018-ci ilin yanvarına olan məlumata görə Samsung Electronics korporasiyasının tərkibində 3 əsas bölmə fəaliyyət göstərir:

  1. Consumers Electronics: televizor, kondisioner, printer, monitor, məişət texnikası

2. İT & Mobile Communications: kompüter, telefon, rəqəmli kamera

3. Device solutions: 2 bölməni birləşdirir-yarımkeçiricilər(yaddaş çipləri və prosessorlar istehsal edir) və displey istehsalı(elektronika üçün ekranlar buraxır)

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et