"Samsung" firması qlobal problemləri klassik rəsmlərlə təsvir edib | Banco.az

"Samsung" firması qlobal problemləri klassik rəsmlərlə təsvir edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Samsung” firması klassik əsərlərə yeni həyat verməklə qlobal problemləri vurğulayıb.

Banco.az xəbər verir ki, “Samsung” firması Z nəslini ən çox narahat edən məsələlərə işıq tutmaq məqsədilə yenidən dizayn edilən bir çox klassik sənət əsəri yayımlayıb.

Texnologiya nəhəngi rəqəmsal rəssam Kventin Devin ilə hazırladığı layihə çərçivəsində qlobal istiləşmə, suyun çirklənməsi və tənhalıq epidemiyası kimi müasir problemləri simvolik rəsmlərdə əks etdirib. Gəncləri texnologiyadan istifadə edərək sosial problemlərin həllinin innovativ yollarını təsəvvür etməyə təşviq etmək məqsədi daşıyan layihə həm də “Samsung”un “Sabah üçün həll et” müsabiqəsinin bir hissəsidir.

Rəssam Devin 1821-ci ildə çəkilmiş "Saman çölləri" tablosunu yenidən dizayn edərək Avropanın bu yay rekord temperaturlara məruz qaldığı ssenarini təsvir edir. Tabloda bir vaxtlar münbit olan çay kənarı mənzərəsi indi quraq təsvir olunur.

 

Con Everett Millenin "Ofeliya" əsərinə edilən yeniləmədə Şekspir obrazı çirkli dərədə plastik torbalar, üz maskaları və plastik su şüşələrinin əhatəsində təsvir edilmişdir.

Devin Riçard Uilsonun "Mərmər təpəsi yaxınlığında Temza" (The Thames Near Near Marble Hill) əsərini alış-veriş arabaları, döşəklər və digər tullantılarla təsvir edir.

Ən sərfəli kredit üçün müraciət et

Konkret problem olmasa da, tənhalıq epidemiyası bu gün bir çox insanın mübarizə apardığı problemdir. Jorj-Pyer Söranın “La Grande Jatte-də bazar günü” əsərinin yenidən işlənmiş variantı izdihamdan uzaq, sakit, tək oturan bir insanı təsvir edir.

Nəhayət, L.S.Lourinin "Dəyirmandan evə qayıdış" (Coming Home From The Mill) tablosunun hərəkətli səhnəsi ilə müqayisədə tək bir işçinin geridə qalanda işin necə tənhalaşdığı göstərilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et