"Samsung Electronics" dən yeni rekord | Banco.az

"Samsung Electronics" dən yeni rekord

Cənubi Koreyanın "Samsung Electronics" korporasiyası mobil rabitə modulu ilə təchiz edilmiş kompüterləşdirilmiş saatların satışlarına başlayıb. İstehsalçının ölkəsində yeni qurğuya ilkin tələbat kifayət qədər yüksək olub.

"Samsung Gear S" modelinin pərakəndə satışa çıxarılmasından bir gün ərzində Koreyanın "KT" və "SK Telecom" operatorları bu cihazın 10 min nüsxəsini satıblar. Qurğu hələ ki yalnız Cənubi Koreyada satılır."Samsung Gear S" smart saatı 480x360 piksel təsvir ölçülü 2 düymlük Super AMOLED ekran, 1 QHs takt tezlikli ikinüvəli prosessor, "Bluetooth" və "Wi-Fi" simsiz rabitə modulları, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz olunub. Akkumulyator batareyasının tutumu 300 milliamper/saat təşkil edir, istehsalçı qurğunun avtonom iş vaxtının iki gün olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qurğunun əsas özəlliyi SİM kartlar üçün slotun mövcudluğudur. Nəticədə bu saatı mobil şəbəkədə zənglərin edilməsi, smartfonla sinxronlaşdırma olmadan müxtəlif mesajların qəbulu və göndərilməsi üçün istifadə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et