Müəllif - Aida İsaq, Banco.az
“Samsung” yaxın gələcəkdə 1 petabaytlıq rekord yaddaşa sahib olacaq (PB) SSD-ni təqdim etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, Cənubi Koreya şirkətinin digər SSD istehsalçıları ilə baş tutan görüşdə bu istiqamətdə olan planlarını açıqladığı bildirilir. Məlumata görə, gələcək SSD-lər 1 PB və ya 1024 TB yaddaş tutumuna sahib ola biləcək. Şirkət həmçinin bu sahədəki yeniliklərin yalnız yaxın on il ərzində rekorda imza atacaq yaddaşa malik SSD-ni yaratmağa imkan verəcəyini açıqlayıb.
Qeyd edək ki, hazırda ən gücülü SSD modeli 100 TB yaddaşa sahibdir. Bu cür modellər çox bahalı olduğu üçün adi istifadəçilər üçün bir o qədər də əlçatan deyil. İstifadəçilər arasında daha çox məşhur olan versiyalar 120 GB ilə 8 TB arasında dəyişir.
Bizi sosial şəbəkələrdən izləyin!!