Samsung-dan satış rekordu | Banco.az

Samsung-dan satış rekordu

Samsunq şirkəti Galaxy Note 4 qurğusunun satışlarına start veriləndən bir ay sonra 4.5 milyon qurğu satıb.

Müqayisə üçün, Galaxy Note istehsal xəttində birinci model satışlara start verildikdən yalnız beş ay sonra 5 milyon göstəriciyə nail olub. Şirkətin növbəti planşetofonu Galaxy Note II bu göstəriciyə iki ay, Note III isə bir ay ərzində nail olub.

Ən sərfəli kredit üçün müraciət et

Resurs yazıb ki, bu göstərici, əsasən Cənubi Koreya və Çindəki satışların hesabına əldə olunub, çünki Galaxy Note 4 ilk öncə bu ölkələrdə buraxılıb.

Galaxy Note 4 cari ilin sentyabrında Berlində keçirilmiş IFA sərgisində elan edilib. Ekranın ölçüsü 5,7 düym təşkil edir və Quad HD təsvir ölçüsünə malikdir. Cihazda stilusla idarəetmə nəzərdə tutulub, interfeys bir neçə tətbiqlə işləmək üçün daha da təkmilləşdirilib.

16 meqapiksellik əsas kamera optik sabitləşməyə malik obyektivlə təchiz olunub, ön kameranın təsvir ölçüsü 3,7 meqapikseldir. Fotoçəkiliş proqramı yeni funksiyalara malikdir.

ICTnews

Ən sərfəli krediti almaq üçün müraciət et