Müəllif:Mehin Qasımova,Banco.az
"Samsung" yerli bazarda artan rəqabəti əsas gətirərək Çində məişət texnikası və televizor məhsullarının satışını dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin Çində mobil telefonlar və çiplər satışını davam etdirməsi gözlənilir.
Samsung-un yaddaş çipi bölməsi süni intellekt bumu sayəsində güclü mənfəət artımı yaşasa da, televizor, məişət texnikası və mobil telefon seqmentləri Çində və qlobal miqyasda rəqiblərinin təzyiqi ilə mübarizə aparır. Şirkətin televizor və məişət texnikası bölmələri ötən il rəqabət və ABŞ tarifləri səbəbindən 200 milyard von (138,31 milyon dollar) zərər qeydə alıb. Bazar araşdırması şirkəti Counterpoint-in məlumatlarına görə, uzun müddətdir qlobal televizor bazarına liderlik edən "Samsung" ötən ilin dekabr ayında ilk dəfə Çinli rəqibi TCL-ə qarşı liderliyini qısa müddətə itirib. "TCL" bu yaxınlarda Yaponiyanın "Sony" şirkəti ilə strateji tərəfdaşlıq barədə razılığa gəlib.
