Müəllif - Aida İsaq, Banco.az
“Samsung” cari ilin oktyabrında “ChatGPT”nin analoqunu təqdim etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, bunun üçün Cənubi Koreya şirkəti “Naver” ilə razılığa gəlməli olub. Məlumata görə təqdimatına hazırlanan yeni xidmət korporativ müştərilərə fokuslanıb. Beləliklə, “Samsung” smartfonlarında hər hansısa söhbət botu yer almayacaq. İlk müştərinin “Samsung”un yarımkeçiricilərin istehsalı ilə məşğul olan “Device Solutions” bölməsinin olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!