Cənubi Koreyanın elektotexnika qiqantı Samsung kriptovalyuta ilə ödənişlər servisi olan Lolli ilə əməkdaşlığını bərpa edib. Bundan sonra Lolli istifadəçiləri müxtəlif Samsung məhsullarını (televizorlar, paltaryuyan maşınlar, mobil telefonlar) aldığı zaman bitcoin ilə 4,5%-ə qədər cash back (keşbək) əldə edəcəklər.Lolli servisi 2018-ci ildə yaradılıb və hazırda ABŞ müştəriləri üçün 1000-dən çox mağazada onlayn ödənişləri dəstəkləyir. CNBC 2019-cu ildə Lolli layihəsini “Upstart 100” siyahısına daxil etmişdi.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!