Samsung-a pul cəzası verildi | Banco.az

Samsung-a pul cəzası verildi

İki ağıllı telefon istehsalçısı Apple və Samsung arasında bir aydır Kaliforniyanın San Jose şəhərində davam etməkdə olan patent pozuntusu iddiasında federal münsiflər heyəti, Samsung-u Apple-yə 119,6 milyon dollar təzminat ödəməyə məhkum etdi. Apple öz istehsal etdiyi iPhone-ların bir sıra xüsusiyyətlərini təqlid etməklə günahlandırdığı Samsung-dan 2,2 milyard dollar təzminat istəmişdi.

2012-ci ildə baş tutan məhkəmə işində münsiflər heyəti Samsung-u 930 milyon dollar təzminat ödəməyə məhkum etmiş, ancaq Apple-nin bu firmanın məhsullarını ABŞ içərisində satılmasını qadağan istiqamətindəki tələbini rədd etmişdi.

Cümə günü qərarın verildiyi ən son məhkəmə prosesində Apple, 2012-ci ildə iddiada danışılmayan və aralarında 'axtarış texnologiyası' və 'barmaq sürüşdürərək açma' xüsusiyyətlərinin də olduğu, özünə aid dörd ayrı patenti Samsung-un pozduğu iddiasını ortaya atmışdı. Apple açdığı iddiada aralarında Galaxy 3-ün də iştirak etdiyi müxtəlif Samsung telefonlarının satışının qadağan edilməsini və iddialı firmanın 2,2 milyard dollar təzminat ödəməsini tələb etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

İddiada yer alan dörd patentin ikisinin pozulduğuna qərar verən münsiflər heyəti eyni zamanda, Apple-nin də Samsung-a aid bir patent haqqını tapdaladığına hökm verərək iPhone istehsalçısını 158 min dollar təzminat ödəməyə məhkum etdi.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et