“Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama uyğun olaraq əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılması ilə bağlı əlavə xərclər üçün maliyyə təminatını yaratmalıyıq”.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsinə yenidən baxılacaq: "Müvafiq düzəlişlər edilib, layihə artıq hazırdır, sənədə son baxış keçirilir".