“Salesforce” şirkəti işçilərini bu kitabı almağa təşviq edir | Banco.az

“Salesforce” şirkəti işçilərini bu kitabı almağa təşviq edir

“Salesforce” baş icraçı direktoru Mark Benioffun “Trailblazer” (“Cığır açan”) adlı yeni kitabı bestseller oldu. “Bloomberg” yazır ki, buna nail olmaq üçün şirkət 48 min əməkdaşdan kitabın alınmasını istəyib.

“Salesforce” bütün işçilərə Benioffun kitabını almağı xahiş edən bir məktub göndərdi. Şirkət onlara kitabı almağa xərclədikləri pulu iş xərci hesab edərək kompensasiya edəcəyinə dair söz verdi.

“İşçiləri kitabı almağa, xərclənmiş məbləği iş xərci kimi qeyd etməyə və kitab barədə dostlarına danışmağa dəvət etdik. Əməkdaşlarımız kitabın ilham qaynağıdır, ona görə də əsəri oxumalarını istədik. O cümlədən müştərilərimiz, tərəfdaşlarımız və biznesin dünyanı necə dəyişdirdiyini bilmək istəyən hər kəsin bu kitabı oxumağını istəyirik”, — şirkətdən bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Mark Benioff yeni kapitalizm formasını təklif edib

“Trailblazer” Benioffun sayca dördüncü kitabıdır. Əsər “The Wall Street Journal”ın bestsellerlər siyahısında birinci yeri tutdu. “Vox”un məlumatına görə, kitabın “New York Times”ın bestsellerlər siyahısına düşməsi üçün həftə ərzində ən az 5 min tiraj satılmalıdır.

Yeni kitabında Benioff kapitalizmin öldüyünü iddia edir və bunun daha nəcib prinsiplərə əsaslanan yeni bir sistemlə əvəz edilməli olduğunu vurğulayır.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et