Şahmar Mövsümov beynəlxalq reyslərin nə vaxt bərpa olunacağını açıqladı | Banco.az

Şahmar Mövsümov beynəlxalq reyslərin nə vaxt bərpa olunacağını açıqladı

“Bakı-Naxçıvan aviareyslərinin sayının bir qədər də artırılması nəzərdə tutulub”

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Beynəlxalq reyslərə gəlincə, bir neçə istiqamət üzrə xüsusi uçuşlar həyata keçirilir. Bəzən fikirlər səslənir ki, Türkiyənin kurort zonalarına aviareyslər bərpa olunsun. Əgər bu gün Bakıdan rayonlara gediş-gəlişə icazə vermiriksə, beynəlxalq uçuşlara niyə icazə verməliyik? Rayonlara gediş-gəliş açılanda beynəlxalq reyslər də bərpa olunacaq”, - deyə o, qeyd edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et