Sahil Babayev: "İqtisadiyyatda qeyri-neft sektorunun payı 70%-ə bərabərdir" | Banco.az

Sahil Babayev: "İqtisadiyyatda qeyri-neft sektorunun payı 70%-ə bərabərdir"

"Azərbaycanda aparılan islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarlara daha yaxşı şərait üçün imkan yaradır". Bunu "Şərq tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının 80%-i özəl sektorun payına düşür: "Bu vaxta qədər iqtisadiyyatda qeyri-neft sektorunun payı 40%-ə çatırdısa, hazırda bu rəqəm 70%-ə bərabərdir. İqtisadiyyatın diversifikasiyası üçün də kompleks işlər aparılır".

Ən sərfəli kredit üçün müraciət et

Nazir müavini deyib ki, yaxın günlərdə ixracatçılar klubunun növbəti tədbiri keçiriləcək, bu da ixracatçılara müsbət şəraitin yaradılmasına xidmət edir.

Mənbə: Report.az