Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır | Banco.az

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Ən sərfəli kredit üçün müraciət et

    Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.

    Əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi.