"Sahibkarlara 90 milyon manatdan çox güzəştli kredit verilib" | Banco.az

"Sahibkarlara 90 milyon manatdan çox güzəştli kredit verilib"

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ilin əvvəlindən 1.963 sahibkara 90,2 mln. manat, o cümlədən 1.953 kiçik və orta həcmli layihəyə 62,8 mln. manat güzəştli kredit verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

Nazir əlavə edib ki, güzəştli kreditlərin 68,8%-i aqrarsektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür. Bu kreditlər hesabına 2.100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram