"Sahibkarlara 169 mln manat dövlət zəmanətli kredit ayrılıb" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Sahibkarlara 169 mln manat dövlət zəmanətli kredit ayrılıb"

"Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, ötən il bu platformada 949 milyon manat həcmdə 3300-dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb.

Xatırladaq ki, ötən ilin 30 iyun tarixində İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platformasını (e-edf.gov.az) təqdim edib.

Qeyd edilirdi ki, platformaya 15 bank qoşulub , gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram