Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bankların təklif etdiyi kampaniyalar, keşbək kateqoriyaları, kartla edilmiş əməliyyatlara görə müxtəlif lotereylar son dövrlərdə kart ödənişlərinin artmasına səbəb olur. Buna görə də biznes obyektlərinə POS-terminal quraşdırmaq ehtiyacı yaranır. Dövlət Vergi Xidmətinin nəzarət tədbirlərini gücləndirməsi (POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur) də obyektlərdə POS-terminal quraşdırılmasını zəruri edir.
Banco.az bu səbəblə bankların POS-terminal tariflərini araşdırıb. POS-terminal almaq istəyirsinizsə, bu məqalə sizin üçündür. Araşdırmada bankın öz kartları, digər bank kartları və xarici bank kartları vasitəsilə qəbul edilən ödənişlərə görə komissiya qeyd edilib.
Həmçinin oxu: Hansı bankın mobil POS-terminalı daha sərfəlidir?
Ətraflı məlumat infoqrafikdə:
Bizi sosial şəbəkələrdən izləyin!!