Sahibkarla 80 milyonluq dəstək | Banco.az

Sahibkarla 80 milyonluq dəstək

Oğuz və ətraf rayonlardan olan 55 sahibkara 672 min manat güzəştli kredit verilib. 

İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Verilmiş kreditlər əsasən taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin inkişafına yönəldiləcək.

Bu kreditlərin verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Oğuz rayonunun Yaqublu kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində gerçəkləşib.

Ən sərfəli kredit üçün müraciət et

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Oğuz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin, müasir suvarma sistemlərinin tətbiqi ilə taxılçılıq, 

üzümçülük və tərəvəzçilik təsərrüfatlarının və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et