Sahibinə xüsusi imtiyazlar verən kartlar (araşdırma) | Banco.az

Sahibinə xüsusi imtiyazlar verən kartlar (araşdırma)

Bəzən səyahətlərimiz zamanı işlərimizin daha rahat getməsi, həmçinin səyahətimizin daha əyləncəli üstəgəl daha güvənli olmasını istəyirik. Getdiyimiz hər yerdə yüksək səviyyədə qarşılanmaq və üstünlüklərə sahib olmaq istəyirik. Bizə bu imtiyazları verən bir məhsulun olması isə ən vacib şeylərdən biridir.

Bu məhsula bankların yüksək imtiyazlı kartları aiddir. Hansı ki, bu kartlar sahiblərinə özəl səyahətləri təşkil edir, bir çox əyləncə tədbirlərinə girişə imkan verir, ölkə daxilində və xaricində gözəl hədiyyələr tapmaq imkanı təklif edir, əgər kart sahibi getdiyi yerdə güvənli və etibarlı xidmətlərə ehtiyac duyarsa, konsyerjlərdən biznes xidmətləri (məs., katiblər, kuryer xidmətləri), şəhərdaxili və ev xidmətləri (məs., sanitar/elektrik ustaları, dayələr, dil kursları, şəxsi məşqçilər, və s.), və peşəkar xidmətlər (məs., həkimlər, stomatoloqlar, hüquqi xidmətlər, peyvənd və təcili tibbi yardım xidmətləri) üçün məsləhət xidməti göstərir və s. üstünlüklərə sahib olur. Həmçinin kart sahibləri hava limanlarında VIP zallarda xidmət görür və səyahətləri sığortalanır.

Bu üstünlükləri bankların təklif etdiyi Visa İnfinite, MasterCard Black Edition və Mastercard World Elite kimi plastik kartlar verir. Təbii ki, hər bir bankın təklif etdiyi üstünlüklər qismən bir-birindən fərqlənir. 

Bəs bu imtiyazlı kartları hansı banklardan və hansı qiymətə əldə etmək olar?

Banco.az olaraq bu növ kartları təklif edən bankları və onların qiymətlərini araşdırdıq:

Bank

İmtiyazlı kartlar

1 illik xidmət haqqı

(AZN)

AccessBank*

Visa İnfinite

-

MasterCard Black Edition

-

AFB Bank

Visa İnfinite

250

AGBank

Visa İnfinite

200

Azər Türk Bank

Visa İnfinite

 

250 

Mastercard World Elite

400

Bank of Baku

Visa İnfinite

200

Bank Respublika

Visa İnfinite

300

Mastercard World Elite

300

Beynəlxalq Bank

Visa Infinite

350

Mastercard World Elite

350

Kapital Bank

Visa İnfinite

300

Mastercard World Elite

300

Unibank

Visa Infinite

300

Ən sərfəli kredit üçün müraciət et

  • Qeyd edək ki, AccessBank-ın imtiyazlı kartları yalnız bankın müştərilərinə onların dövriyyələrindən asılı olaraq hədiyyə kimi təqdim olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et