“Şahdəniz” qazının ixracı 32% artıb | Banco.az

“Şahdəniz” qazının ixracı 32% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 17 862,5 mln. kubmetr qaz nəql edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,8% artım müşahidə olunub. Qazın nəqlinin 36,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə bu kəmərlə 6 587,3 mln. kubmetr qaz ötürülub ki, bu da ötən ilin müvafiq dövründən 32% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et