Sadələşdirilmiş vergidə böyük artım | Banco.az

Sadələşdirilmiş vergidə böyük artım

Dövlət büdcəsinin fiziki şəxslərin gəlir vergisindən gəliri azalıb.

KİV-i Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-iyul ayları ərzində fiziki şəxslərin gəlir vergisi 610,6 milyon manat ikən, cari ilin eyni dövründə 568,2 milyon manat təşkil edib. Qısası, 2017-ci ilin yanvar-iyuluna nisbətən fiziki şəxslərin gəlir vergisi 7% azalıb.

Müqayisə olunan dövrdə, ən çox artım sadələşdirilmiş vergidə olub: 27%. Ötən ilin 7 ayı ərzində 210,6 milyon manat sadələşdirilmiş vergi toplanmışdı. Bu il məbləğ 269,1 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verdiyimiz kimi, 2018-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz artaraq 12 milyard 130,2 milyon manata, xərcləri isə 19,3 faiz artaraq 11 milyard 649,3 milyon manata çatmışdır. Büdcənin icrasında yaranmış 480,9 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,1 faizini təşkil etmişdir.

Daxilolmaların 19,5 faizi əlavə dəyər vergisi, 12,6 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,0 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,7 faizi fiziki şəxslərin gəlir vergisi, 3,3 faizi aksizlər, 2,2 faizi sadələşdirilmiş vergi, 0,9 faizi əmlak vergisi, 1,3 faizi vergilərin digər növləri, 50,5 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.

marja.az