Almaniyanın keçmiş kansleri Gerhard Şröder “Rosneft” şirkəti Direktorlar Şurasının sədri təyin olunub. “Report” xəbər verir ki, bu barədə “Interfax” agentliyi məlumat yayıb.
Məlumatada deyilir ki, hazırda o, “Nord Stream AG”-nin Səhmdarlar Komitəsinin sədridir.
Qeyd edək ki, G.Şröder 1998-2005-ci illərdə Almaniyanın kansleri olub. "Rosneft"in nəzarət səhm zərfi isə Rusiya dövlətinin "Rosnefteqaz" şirkətinə məxsusdur.