Sabahdan ölkədə 9 günlük Novruz tətili başlayır | Banco.az

Sabahdan ölkədə 9 günlük Novruz tətili başlayır

Sabahdan ölkəmizdə Novruz bayramı ilə əlaqədar olaraq 9 günlük tətil başlayır.

Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2023-cü il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Bu o deməkdir ki, qeyri-iş günləri martın 18-də başlayacaq və martın 26-da başa çatacaq.

Beləliklə, 18, 19 və 25, 26 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (18,19, 20, 21, 22, 23, 24, 25 və 26 mart) qeyri-iş günləridir.

Növbəti iş günü isə martın 27-dir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et