Sabahdan kirayə mənzillər üçün elektron müraciətlərin qəbuluna başlanılır | Banco.az

Sabahdan kirayə mənzillər üçün elektron müraciətlərin qəbuluna başlanılır

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu əhali arasında keçirilmiş sorğu əsasında formalaşdırılıb.

Bu barədə keçirilən brifinqdə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova məlumat verib.

“Son nəticədə Bakı, Abşeron və Sumqayıtda mənzillər alınaraq kirayəyə təklif olunacaq”, - o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sabahdan kirayə mənzil mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna başlanılır. Ölkə prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 25 yanvar 2019-cu il tarixli fərmanı ilə Fonda həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb. İş prosesləri tam avtomatlaşdırılıb. Kirayəşinlər və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. 

Report

Ən sərfəli krediti almaq üçün müraciət et