Sabah "OPEC+" nümayəndələrinin görüşü keçiriləcək | Banco.az

Sabah "OPEC+" nümayəndələrinin görüşü keçiriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

1 fevral tarixində Bakı vaxtı ilə 15:00-da “OPEC+” nümayəndələrinin virtual görüşü baş tutacaq.

Banco.az xəbər verir ki, iclasda “OPEC+” üzvü olan ölkələrin neft və energetika nazirlərinin hasilat siyasəti ilə bağlı dəyişiklik etməyəcəyi düşünülür.

Sabahki iclasdan əvvəl bugün keçiriləcək Nazirlərin Birgə Monitorinq Komitəsi mövcud istehsal siyasətinin dəyişdirilməməsi ilə bağlı tövsiyə verəcək. Bununla belə, Komitə zərurət yaranarsa, “OPEC+” üzvlərinin tam iclasını çağıra bilər.

Xatırladaq ki, “OPEC+” oktyabrda keçirdiyi iclasda 2023-cü ilin sonuna qədər hasilatın gündəlik 2 milyon barel azaldılması barədə qərara gəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et