Sabah bəzi rayonların qaz təchizatında fasilə olacaq | Banco.az

Sabah bəzi rayonların qaz təchizatında fasilə olacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” və “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar 22.11.2023-cü il saat 08:00-dan “Fizuli-Horadiz” və "Füzuli Diaqnostika" ölçü qovşaqlarından, saat 09:00-dan “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstesalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Füzuli rayonunun, eləcə də paytaxtın Abşeron (Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi, Ceyranbatan və Saray qəsəbələri və 21 qeyri-yaşayış sahəsi), Qaradağ (Müşviqabad qəsəbəsi) və Binəqədi (28 May qəsəbəsi) rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et