Sabah Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək | Banco.az

Sabah Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək

İyunun 15-də Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək.

Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü bayram kimi qeyd edilsə də, həmin gün metronun fəaliyyətinin dayandırılması ilə bağlı heç bir qərar olmayıb: "Ümumilikdə iyun ayı ərzində metro stansiyaları hər gün səhər saat 06:00-dan 00:00-dək fəaliyyətini davam etdirəcək. İyun ayının 16-da isə futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək növbəti oyunu ilə əlaqədar azarkeşlərin vaxtında mənzil başına çatdırılması üçün Bakı metropoliteninin stansiyaları gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək".

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et