Saatlarınızı 04:00-a qurun: bir ilk yaşanacaq! | Banco.az

Saatlarınızı 04:00-a qurun: bir ilk yaşanacaq!

Beynəlxalq Kosmik Stansiyası astronavtları ilə Yerin orbitində 90 dəqiqəlik canlı yayım nümayiş etdiriləcək.

Bu gecə saatlarınızı 04:00-a qurmağı unutmayın.

"National Geographic kanalında bir ilk yaşanacaq. Belə ki, Beynəlxalq Kosmik Stansiyası astronavtları ilə Yerin orbitində 90 dəqiqəlik canlı yayım nümayiş etdiriləcək. 

Astronavtlar Rik Mastrakkio və Koiçi Vakata Beynəlxalq Kosmik Stansiyasındakı həyatın kamera arxasını göstərəcək. 

Cazibə qüvvəsinin olmadığı bir şəraitdə aylarla necə yaşadıqlarını, başı aşağı necə yatdıqlarını, necə dincəldiklərini, gigiyenalarını necə təmin etdiklərini öyrənmək mümkün olacaq. 

Soledad O'Brayenin təqdim edəcəyi iki saatlıq canlı yayımı qaçırmamağınız tövsiyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com
 

Ən sərfəli krediti almaq üçün müraciət et