Ruter nədir və nə üçün lazımdır – FAYDALIDIR | Banco.az

Ruter nədir və nə üçün lazımdır – FAYDALIDIR

Müəyyən ərazilərdə internetə modemlər vasitəsilə bağlanırıq. Ancaq modem bağlantısı yetərli olmayan yerlərdə Ruterlər də əlavə olunur.

Bəs internetə çıxışı asanlaşdıran Ruter nədir və necə istifadə olunur? Bunu bilməkdə fayda olduğunu düşünərək bu haqda olan yazını təqdim edirik.

Yönləndirici də adlandıra biləcəyimiz Ruter birdən çox şəbəkə arasında əlaqəni yaradan qurğudur. Yəni şəbəkəyə qoşulmuş kompüterlərin yönləndirilməsini təmin edir. Belə ki, gələn şəbəkə paketini araşdıraraq, başqa bir şəbəkəyə ötürür. Ruterlərin internet bağantısı üçün funksiyaları və işləmə imkanları genişdir.

O, gələn məlumatları bir şəbəkəyə yönəltməklə yanaşı, məlumat paketlərinə baxmaq, görüntüləmək və çevirmək kimi funksiyaları da yerinə yetirir. Daxil olan paketlərin hansı ünvana çatacağını da müəyyən edən yönləndirici, internet bağlantısı təmin etmir. Əksinə, göndərilən internet bağlantısını çəkir. Buna görə internet bağlantısı üçün ilk olaraq modem lazımdır. Ruterlər üzərlərində yerləşən ethernet (local şəbəkə) yuvaları vasitəsilə modemə qoşulur. Beləcə Ruterə qoşulmuş digər kompüterlərdə də internetə çıxış təmin olunur.

Ən sərfəli kredit üçün müraciət et

Ruter internet bağlantısını evdə, ofisdə və ya fərqli ərazilərdə istifadə olunan müxtəlif cihazlara paylayır və əhatə olunmuş ərazidə tək modem vasitəsilə internetə çıxışı təmin edir.

Qeyd edək ki, artıq yönləndiricilər simsiz şəbəkə siqnallarını da yayırlar. Simsiz Ruter üçün fərqli bir quraşdırma izlənilir. Bunun üçün bağantıları doğru şəkildə edərək, modem interfeysinə daxil olmaq lazımdır. Daha sonra isə provayderin yönləndirilməsi ilə lazımi düzəlişlər edilərək qurulur.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et