Rusların valyuta əmanətləri 2012-ci ilin minimumunu yeniləyib | Banco.az

Rusların valyuta əmanətləri 2012-ci ilin minimumunu yeniləyib

Müəllif - Aida İsaq, Banco.az

Noyabrın 1-nə olan məlumatlara əsasən Rusiya vətəndaşlarının xarici valyuta əmanətləri 2012-ci ilin minimum səviyyəsini yeniləyib.

Banco.az xəbər verir ki, hazırda rusiyalıların hesablarındakı əmanətlərin və xarici valyutada olan depozitlərin balansı 60 milyard dollara enib. Oktyabrın 1-nə olan göstəricilərə əsasən valyuta depozitləri 63,4 milyard dollar təşkil edib. Oktyabrda onlar daha 3,7 milyard dollar azalıb. 2012-ci ilin fevralında isə bu rəqəmlər 69,2 milyard dollar səviyyəsində olub.

“Qazprombank Private Banking”in direktoru Yeqor Susinin sözlərinə görə, kapital axını rusların rubla, "dost" valyuta adlandırdıqları Çin yuanına üstünlük verməsi ilə bağlıdır. Bundan əlavə, vətəndaşlar xarici banklardakı hesablara və depozitlərə də valyuta köçürülməsini həyata keçirirlər.

Xatırladaq ki, dost olmayan ölkələrin valyutaları ilə bağlı risklərin aktual olması səbəbindən xarici valyutada olan depozitlərdən vəsait axınının davam edəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram