Müəllif - Aida İsaq, Banco.az
ABŞ-ın Rusiya qarşı yeni sanksiyalar paketi 300-ə yaxın şirkəti, fiziki şəxsləri və s. özündə əhatə edəcək.
Banco.az xəbər verir ki, G7 liderlərinin sammiti ərəfəsində ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, ixrac məhdudiyyətləri Rusiyanın 70 müəssisəsinə, eləcə də digər ölkələrə təsir edəcək. Təfərrüatları açıqlamayan ABŞ rəsmisinin məlumatına görə, sanksiyalar Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatların qarşısını almaq məqsədi daşıyır.
Qeyd olunur ki, yeni məhdudiyyətlər Avropa, Yaxın Şərq və Asiyada mövcud sanksiyalardan yan keçməyə cəhd edən şirkətləri də əhatələyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!