Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə davam etməsi region əhalisinə öz mənfi təsir göstərir.
Banco.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” nəşri bildirib. Qeyd olunur ki, Aİ-nin Rusiya iqtisadiyyatının çökməsinə ümidlənməsi nəticəsiz qala bilər. Çünki Rusiyanın zamanında həyata keçirdiyi lazımi tədbirlər fonunda “dost” ölkələrin şirkətləri Qərb markalarını əvəzləyib. Artıq mövcud alternativlərin olması müvafiq bazarlarda gözlənilən böhran proqnozlarını azaldıb. Bazar araşdırmaçıları rublun məzənnəsini qoruduğunu və inflyasiyanı cilovlamasını təsdiqləyib. Bundan başqa, bir sıra sanksiyaların təsirləri də zərərsizləşdirilib.
Qeyd edək ki, bundan öncə “Bloomberg” alternativ enerji mənbələrinin tapılmadığı və sərtləşdirilməyə doğru gedən sanksiyalar fonunda Avropanın kənd təsərrüfatı və yük daşıma kimi dizel yanacağından asılı olan sənayelərdə xərclərin artması ilə üzləşə biləcəyini bildirib. Nəticədə inflyasiyanın yüksəlməsinin qarşısını almaq qeyri-mümkün ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!