“Rusiyaya qarşı daha çox sanksiyalar nəzərdə tutulur" | Banco.az

“Rusiyaya qarşı daha çox sanksiyalar nəzərdə tutulur"

Müəllif:Mehin Qasımova,Banco.az 

“Rusiyaya qarşı daha çox sanksiyalar nəzərdə tutulur".

Banco.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

ABŞ prezidenti Donald Tramp Vaşinqtona qayıtmağa hazırlaşarkən Nyu Cersi ştatının Morristown hava limanında jurnalistlərə açıqlama verib. 

Tramp Rusiyanın həftə sonu Ukraynanı intensiv bombalamasından sonra kədərini ifadə edib. Tramp Rusiya prezidenti Vladimir Putin haqqında "Mən Putinin gördüyü işlərdən razı deyiləm. Çox adam öldürülür. Bilmirəm, ona nə olub? O, çox adam öldürür. Bundan məmnun deyiləm. Mən həmişə Putinlə anlaşmışam, amma indi o, şəhərlərə raketlər göndərir və insanları öldürür. Bu, heç xoşuma gəlmir",- deyib.

Qeyd edək ki, Rusiya başda paytaxt Kiyev olmaqla Ukrayna şəhərlərinə 367 pilotsuz təyyarə və raket hücumu təşkil edib. Bu, hücum zamanı ən böyük hava hücumu kimi qeydə alınıb. Hücumlar nəticəsində azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.